Bu virus bir il müddətində bizimlə olacaq - ÜST rəsmisi
Bizi izləyin

Səhiyyə

Bu virus bir il müddətində bizimlə olacaq - ÜST rəsmisi

Dünyada bu günə qədər 6 milyondan çox insan koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı Operativ Qərargahın brifinqində deyib:

"Azərbaycanda görülən tədbirlər mart ayında tədris müəssisələrinin bağlanması ilə başladı. Xüsusi karantin rejimi tətbiq edildikdən sonra yoluxma halları 10 gündə azalmağa başladı. Artan yoluxma halları insanların qaydalara riayət etməsi ilə azaldı".

O qeyd edib ki, 27 apreldən karantin rejiminin yumşaldılması ilə yoluxma hallarında artım müşahidə edildi: "Bu günə qədər ən yüksək 325 yoluxma faktı qeydə alınıb. Bizim burada tətbiq etdiyimiz qaydalar dünya təcrübəsində də tətbiq olunur. Yoluxma halları artdıqca, karantin rejimi sərtləşdirilir".

Harmancı bildirib ki, hazırda dünyada koronavirusun birini dalğası müşahidə olunur: "Hazırda koronavirusla mübarizədə daha təcrübəliyik. Bu müddətdə bütün təlimatlara riayət etməli, zəruri hallarda bəzi məhdudiyyətləri tətbiq etməliyik. Bu virus bir il müddətində bizimlə olacaq. Ən azından vaksin və ya səmərəli müalicə üsulu tapılana qədər mübarizə aparmalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm