Karantinin sərtləşdirilməsinin nəticəsini 7-14 gün sonra görə bilərik - TƏBİB
Bizi izləyin

Səhiyyə

Karantinin sərtləşdirilməsinin nəticəsini 7-14 gün sonra görə bilərik - TƏBİB

Uzunmüddətli qapanmalar epidemioloji baxımdan daha ciddi nailiyyətlərin əldə olunmasına imkan verə bilər. Lakin müşahidələr göstərdi ki, bu müddətdən sonra yumşalmalarda vətəndaşlar qaydaları pozmağa daha meyilli olurlar.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bütün statistik göstəricilər göstərir ki, qısamüddətli qapanmalar effektli olacaq. 7-14 gün sonra hansı nailiyyətin əldə olunması göstəriciləri elan oluna bilər".

O bildirib ki, vətəndaşlar bazar ertəsi işə çıxanda qaydalara riayət etməlidirlər: "Qaydalara nəzarətlə bağlı bütün nəzarət mexanizmi işlənib. Polis və ciddi nəzarət strukturları qaydaların pozulmasına ciddi riayət edəcəklər. Lakin biz vətəndaşlarımızın tələblərə əməl edəcəyini gözləyirik. Gəlin cərimə olunmaq əvəzinə qaydalara riayət edək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm