Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
Bizi izləyin

Səhiyyə

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycan Respublikasında 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334.863 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm