Sərt karantinin nəticəsi 10 gündən sonra bilinəcək - TƏBİB
Bizi izləyin

Səhiyyə

Sərt karantinin nəticəsi 10 gündən sonra bilinəcək - TƏBİB

Yoluxma statistikası ilə bağlı hər gün ictimaiyyətə məlumat verilir.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Sərt karantin rejiminin tətbiqi qonşu ölkələrdəki nəticəyə əsaslanır. Bu rejimin nəticəsi erkən özünü göstərə bilməz. Əgər nəticəni görmək istəyiriksə, bu ən az 10 gün sonra mümkün olacaq. Biz yoluxma saylarının azalmasına çox ümid edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm