Xəstəxana açıqlama yaydı - Videodakı şəxs Bəhram deyil
Bizi izləyin

Səhiyyə

Xəstəxana açıqlama yaydı - Videodakı şəxs Bəhram deyil

Mərkəzi Gömrük Hospitalı Bəhram Bağırzadəyə aid olduğu bildirilən görüntülərlə bağlı məlumat yayıb.

Publika.az xəstəxananın mətbuat xidmətinə istinadən xəbər verir ki, videoda olan görüntülərin bu hospitala heç bir aidiyyəti yoxdur: “Bu video Mərkəzi Gömrük Hospitalında çəkilməyib”.

Qeyd edək ki, Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xatırladaq ki, ötən gün xəstəxanada koronavirusdan əziyyət çəkən şəxsin görüntüləri yayılmışdı və onun B.Bağırzadə olduğu iddia edilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm