Səhiyyə
Milli Məclisdə müzakirə: Avtomobillərdə dərman saxlanılması məqsədəuyğun deyil
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib.
Publika.az xəbər verir ki, komitə üzvlərinin gündəliyinə “Dövlət rüsumu haqqında”, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Yol hərəkəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib. Komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” qanun “Əhalinin sağlamlığın qorunması” haqqında 2019-ci il 27 iyun tarixli 1628-VQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Həmin Qanuna əsasən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri ambulator xidmət göstərən tibb müəssisələri üçün 2000 manat, stasionar xidmət göstərən tibb müəssisələri üçün isə 4000 manat müəyyənləşdirilib. Sənətdə akkreditasiyaya görə dövlət rüsumunun xüsusiyyətləri öz əksini tapıb.
Onlayn iclasda bildirilib ki, “İnzibati Xətalar Məcəlləsinə”, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və həmin Qanuna 1 saylı Əlavədə “dərman qutuları” sözlərinin “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz edilməsi təklif edilir. Belə ki, əksər xarici dövlətlərin də təcrübəsi nəzərə alınaraq ilkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsi məqbul hesab edilmədiyinə və dərman vasitəsinin avtomobildə saxlanması şəraitinin (temperatur, rütubətlik və sairə amillər baxımdan) onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində (avtobusda, minik və yük avtomobillərində, təkərli traktorda) dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmir. Bunu nəzərə alaraq ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar və dərman vasitələri nəzərdə tutulmalıdır. İclasda komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Müşfiq Məmmədli, Kəmaləddin Qafarov, Kamilə Əliyeva, Anatoliy Rafailov, Sədaqət Vəliyeva qanun layihələri ilə bağlı öz fikirlərini bildirdilər. Müzakirələrdən sonra hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.
-
Sosial23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"