"Koronavirus orqanları zədələyir, həyati təhlükələr yaradır" - TƏBİB SƏDRİ
Bizi izləyin

Səhiyyə

"Koronavirus orqanları zədələyir, həyati təhlükələr yaradır" - TƏBİB SƏDRİ

"Son iki həftədə tətbiq olunan məhdudiyyətlər əksər insanlarda normal qarşılandı".

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Hələ də vəziyyətə barmaqarası baxan vətəndaşlarımız var. Paralel olaraq hələ də simptomlu vətəndaşlar digərlərini yoluxdurmağa davam edir. Yas mərasimlərində, ictimai nəqliyyatda kütləvi yoluxma halları qeydə alınır".

O bildirib ki, vəziyyəti kifayət qədər ağır olub, lakin test nəticələri neqativ çıxan xəstələr var:

"Bu onların vəziyyətinin ağırlaşması və yuxarı tənəffüs yollarında test nəticəsinin neqativ olması ilə əlaqədardır. O xəstələr COVID-19 üçün ayrılmış xəstəxanaların xüsusi mərtəbələrində və digər xəstəxanaların infeksion şöbəsində yerləşdirilib".

Ramin Bayramlı əlavə edib ki, əldə edilən materialların nəticəsi göstərib ki, daxildən alınan test nəticəsi pozitiv çıxır: "Bu xəstələrdə çox qısa müddət ərzində 2-3 içində xəstəliyin inkişafının şahidi olmuşuq. Paralel olaraq orqan zədələnməsi, həyati təhlükələr yaradır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm