TƏBİB məlumat yaydı: Ölənlərin sayı 200-yə çatır
Bizi izləyin

Səhiyyə

TƏBİB məlumat yaydı: Ölənlərin sayı 200-yə çatır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 27-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5646 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 461 861 test aparılıb. İndiyədək 193 nəfər COVID-19-dan dünyasını dəyişib, 8719 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 6978 nəfərdir. 180 nəfər reanimasiyada, 32 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 521 yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 355 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm