Ölkəmizdə tibbi kadrların çatışmazlığı problemi yoxdur - Nadir Zeynalov
Bizi izləyin

Səhiyyə

Ölkəmizdə tibbi kadrların çatışmazlığı problemi yoxdur - Nadir Zeynalov

"Ölkəmizdə tibbi kadrların çatışmazlığı problemi yoxdur".

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparatının rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Pandemiya gözlənilməz haldır. Heç bir ölkənin səhiyyə sistemi bu cür pandemiyalara hazır deyil. Modul tipli xəstəxanalar tikmək olar, resurslar gətirmək olar, lakin həkimləri artırmaq mümkün deyil. Sirr deyil ki, koronavirusla mübarizə aparan həkimlərin hamısı epidemioloq, reanimatoloq, anestezioloq deyil. Tibb işçilərimiz böyük yük altında çalışırlar. Müvafiq olaraq kadr nöqteyi nəzərdən bu yükü azaltmaq planlanır və bu səbəblə təcili yardıma həkim cəlb olunması elan olunub"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm