Azərbaycanda 584 nəfər bir gündə virusa yoluxdu - ÖLƏNLƏR VAR
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 584 nəfər bir gündə virusa yoluxdu - ÖLƏNLƏR VAR

Bu gün Azərbaycanda 584 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, hazırkı dövrə qədər 19 min 267 yoluxma faktı qeydə alınıb: "Dünyasını dəyişənlərin sayı 235 nəfərə çatıb. Bu günə qədər 10 min 820 nəfər sağalacaq evə buraxılıb. Bu gün 7 min 137 test aparılıb və ümumi test sayı 502 min 965-ə çatıb. Hazırda 8 min 212 nəfər aktiv xəstə xüsusi xəstəxanalarda müalicə alır, onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər suni nəfəs aparatına qoşulub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm