Bakıda ən çox bu rayonda virusa yoluxma faktları var - TƏBİB sədri açıqladı/VİDEO
Bizi izləyin

Səhiyyə

Bakıda ən çox bu rayonda virusa yoluxma faktları var - TƏBİB sədri açıqladı/VİDEO

Hazırda yoluxma statistikasında artım müşahidə olunsa da, karantin rejimi bu sayı stabil saxlamağa kömək edir.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, yoluxma statistikası 20 minə yaxınlaşır: "Sərt karantin rejimi tətbiq edilməsəydi, yoluxmalar 2 qat artacaqdı. Bu bizi rahat etməməlidir. Xəstəliyə yoluxma artdıqca ağırlaşma halları da artır. Sağalanların sayı azalmalıdır ki, xəstəxanaların yükü azalsın".

O bildirib ki, ölkə üzrə 55,1 faiz yoluxma Bakının payına düşür: "Paytaxtda ən yüksək yolxuma halı Yasamalın payına düşür - 12,4 faiz".

Qurum rəsmisinin sözlərinə görə, hazırda karantin rejimin qaydalarına əməl olunmamasına görə, ümumi testlər arasında yoluxma halları 11 faiz təşkil edir: "Yoluxanların 50-59 yaş arası 21 faiz, 70-79 arası 4 faiz, 0-9 yaş arası 5 faiz, 10-19 yaş arası 6 faiz, 20-29 yaş arası 14 faiz, 30-39 yaş arası 18 faiz, 40-49 yaş arası 15 faiz təşkil edir. Digər ölkələrlə müqayisədə ölkəmizdə qadınlar arasında yoluxmalar daha yüksəkdir, 54 faiz. Bu da yas mərasimlərinə toplaşmaqla bağlıdır. Elə ya yeri var ki, oradan 84 nəfər yoluxma faktı aşkarlanıb. Ölkə üzrə aktiv yoluxma halı 57 faiz Bakının payına düşür. Sumqayıt 15 faiz, Abşeron 14 faiz, Gəncə 3 faizdir. Biləsuvar, Astara, Ağcabədi, Yevlax, Şəki, Cəlilabadda yoluxma hallarında artım müşahidə olunur. Bu isə karantin rejiminə davam etdirilməsinin vacib olduğunu göstərir".

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm