Süni tənəffüs cihazına qoşulanların sayı AÇIQLANDI
Bizi izləyin

Səhiyyə

Süni tənəffüs cihazına qoşulanların sayı AÇIQLANDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 846 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 509 811 test aparılıb. Onlardan 19 801-nin cavabı pozitiv çıxıb. İndiyədək 241 nəfər COVID-19-dan dünyasını dəyişib, 11 291 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 269 nəfərdir. 342 nəfər reanimasiyada, 61 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 534 yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 471 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm