Bakıda ev karantinində olan şəxslərin sayı açıqlandı
Bizi izləyin

Səhiyyə

Bakıda ev karantinində olan şəxslərin sayı açıqlandı

2 həftə ərzində ev şəraitində müalicə alan 10202 şəxs var.

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bu kifayət qədər böyük rəqəmdir. Onların arasında simptomsuz və ya az simptomlu olanlar, təmasda olsa da, testi neqativ çıxanlar, uşaqlar da var. Bu səhiyyə sisteminin yükünün azalmasına kömək edir. Xəstələrin evdə müalicəsinə regionlarda ehtiyac yoxdur. Ehtiyac olduğu təqdirdə bununla bağlı məlumat veriləcəkdir"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm