TƏBİB daha bir məlumat yaydı
Bizi izləyin

Səhiyyə

TƏBİB daha bir məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 576 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 552 311 test aparılıb. Onlardan 22 990-nün cavabı pozitiv çıxıb. İndiyədək 292 nəfər COVID-19-dan dünyasını dəyişib, 14 093 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 605 nəfərdir. 343 nəfər reanimasiyada, 48 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 526 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 502 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm