TƏBİB ölkədəki son vəziyyəti açıqladı
Bizi izləyin

Səhiyyə

TƏBİB ölkədəki son vəziyyəti açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 12-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 878 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 568 234 test aparılıb. Onlardan 24 041-nün cavabı pozitiv çıxıb. İndiyədək 306 nəfər COVID-19-dan dünyasını dəyişib, 15 093 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 642 nəfərdir. 356 nəfər reanimasiyada, 58 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 520 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 486 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm