AZAL kubalı həkimləri Bakıya gətirdi - FOTO
Bizi izləyin

Səhiyyə

AZAL kubalı həkimləri Bakıya gətirdi - FOTO

İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirib.

Bu barədə Publika.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilib.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək.⠀

Qeyd edək ki, bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı "Boeing 787" tipli təyyarəsi vasitəsilə həyata keçirilib. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km. təşkil edibş

***

09:47

COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

Bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm