TƏBİB daha bir məlumat yaydı
Bizi izləyin

Səhiyyə

TƏBİB daha bir məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 8 015 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 576 249 test aparılıb. Onlardan 24 570-nin cavabı pozitiv çıxıb. İndiyədək 313 nəfər COVID-19-dan dünyasını dəyişib, 15 640 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8617 nəfərdir. 356 nəfər reanimasiyada, 58 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 529 yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib, 547 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm