TƏBİB-dən açıqlama: 361 nəfər...
Bizi izləyin

Səhiyyə

TƏBİB-dən açıqlama: 361 nəfər...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 8 217 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 584 466 test aparılıb. Onlardan 25 113-nün cavabı pozitiv çıxıb. İndiyədək 319 nəfər COVID-19-dan dünyasını dəyişib, 16 150 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 644 nəfərdir. 361 nəfər reanimasiyada, 58 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 543 yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 510 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm