Azərbaycanda süni nəfəs aparatında olan xəstələrin sayı açıqlandı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda süni nəfəs aparatında olan xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 15-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8651 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 347 nəfər reanimasiyada, 67 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 25 672 nəfər virusa yoluxub, 16 695 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 8312 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 592 778 test aparılıb.

Qeyd edək ki, bu gün 559 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm