TƏBİB məlumat yaydı: 345 nəfər...
Bizi izləyin

Səhiyyə

TƏBİB məlumat yaydı: 345 nəfər...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 16-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 8 722 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 601 500 test aparılıb. Onlardan 26165-nin cavabı pozitiv çıxıb. İndiyədək 334 nəfər COVID-19-dan dünyasını dəyişib, 17 256 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 575 nəfərdir. 345 nəfər reanimasiyada, 68 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 493 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 561 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm