“Qeydiyyata düşməyən xəstələr var, yoluxanların real sayı...” - Professor
Bizi izləyin

Səhiyyə

“Qeydiyyata düşməyən xəstələr var, yoluxanların real sayı...” - Professor

“Yoluxanların sayı 400-dən aşağı düşdü. Artıq sağalanların sayı yoluxanların sayını üstələyir. Ancaq düşünürəm ki, bu say qarşıdakı günlərdə dəyişəcək. Çünki bu göstərici rəsmi rəqəmlərdir. Qeydiyyata düşməyən xəstələrin sayı da çoxdur”.

Bu sözləri Publika.az-a açıqlamasında professor, həkim-cərrah Adil Qeybulla deyib.

O qeyd edib ki, hazırda xəstəxanalarda yer olmadığı üçün xeyli insan xəstəxanalara müraciət etməkdən çəkinir və evdə müalicə almağa başlayır: “İnsanlar xəstəxanadan əlini üzüb. Çünki artıq hər adamı xəstəxanaya qəbul etmirlər. Vəziyyəti ağır olan xəstələr xəstəxanaya yerləşdirilir. İnsanlar da görürlər ki, tibb mərkəzlərində müalicə ala bilməyəcəklər və məcbur qalaraq evdə müalicə olunmağa başlayırlar. Həmin şəxslərin böyük əksəriyyəti isə qeydiyyata düşmür.

Əslində real rəqəmlər tamam başqadır. Ona görə də hələlik xüsusi optimizm üçün əsasım yoxdur. Sərhəddə erməni təxribatı ilə əlaqədar olaraq Bakıda və bölgələrdə nümayişlər keçirildi, xeyli insan təması oldu. Orada heç bir karantin qaydaları gözlənilmədi və təhlükəsizlik tədbirlərinə riayət olunmadı. Düşünürəm ki, yoluxmalar artacaq. Yaxın günlərdə biz bu artımı hiss edəcəyik. Bütövlükdə mən “Evdə qal” karantin tədbirinin ləğvinin və yumşalmaların tərəfdarıyam. İnsanlar azad gəzməlidirlər. Burada əsas onların davranışıdır. Ancaq maska taxmaq, sosial məsafə gözləmək şərtilə bunlar edilməlidir. Bu qaydalar mütləq şərtdir. Bir tərəfdən karantindir, digər tərəfdən də avtobuslarda basabas olur. Əsas insanların karantin davranışlarına düzgün riayət etməsidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm