TƏBİB son statistikanı açıqladı
Bizi izləyin

Səhiyyə

TƏBİB son statistikanı açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 798 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 724 953 test aparılıb. Onlardan 31 878-nin cavabı pozitiv çıxıb. İndiyədək 448 nəfər COVID-19-dan dünyasını dəyişib, 25 882 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 5 548 nəfərdir. 266 nəfər reanimasiyada, 68 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 318 yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib, 714 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm