TƏBİB məlumat yaydı: 226 nəfər...
Bizi izləyin

Səhiyyə

TƏBİB məlumat yaydı: 226 nəfər...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 318 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 796 459 test aparılıb. Onlardan 33 731-nin cavabı pozitiv çıxıb. İndiyədək 495 nəfər COVID-19-dan dünyasını dəyişib, 30 856 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 380 nəfərdir. 226 nəfər reanimasiyada, 46 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 84 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 214 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm