Azərbaycan həkimləri ictimai birlik yaratdılar
Bizi izləyin

Səhiyyə

Azərbaycan həkimləri ictimai birlik yaratdılar

Azərbaycan Həkimlərinin ictimai birliyi (AHİB) təşəbbüs qrupu yaradılıb.

Publika.az xəbər veirir ki, bu barədə Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl məlumat verib.

O bildirib ki, Azərbaycan həkimləri illərdir ictimaiyyəti maraqlandıran mövzularda mövqe bildirib şərh versələr də, hələ də cəmiyyətimizdə “həkimlərimiz bizi maraqlandıran mövzularda fikir bildirmirlər” fikri dolaşır:

"Görünür, biz həkimlər mövqe bildirməkdə, şərh verməkdə sistemli davranmayıb, fikirlərimizi cəmiyyətə yaxşı çatdıra bilməmişik. Bir müddətdir bir qrup fəal həkim olaraq müzakirə açıb cəmiyyətimizi maraqlandıran məsələləri araşdırmağa çalışdıq. Qısa müddət üçün məhsuldarlıq nümayiş etdirərək Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış təkliflər paketini hazırlayaraq ictimaiyyətə təqdim etdik. İndi də artıq kifayət qədər möhkəmlənib, sıralarımızı qüvvətləndirib növbəti mərhələyə keçərək Azərbaycan Həkimlərinin İctimai Birliyini (AHİB) təsis etmək qərarına gəldik".

Professorun sözlərinə görə, AHİB cəmiyyətimizdə gedən prosesləri müzakirə edərək Azərbaycan həkimlərinin ortaq platformu, Azərbaycan xalqının sağlamlığı, rifahı və maraqları məzmununda ciddi hərəkətliliyə səbəb olmağı planlaşdırır.

Cəmiyyətin üzvləri:

Prof. Dr. Adil Qeybulla
Dos. Dr. Ədalət Rüstəm
Dos. Dr. Akif Əfəndiyev
Dr. Vasif İsmayıl
Dr. Aydın Əliyev
Dr. Qalib Əsədov
Dr. Pərviz Axundov
Və digərləri...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm