Ölkədə daha 131 nəfər koronavirusa yoluxdu
Bizi izləyin

Səhiyyə

Ölkədə daha 131 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 1 nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 34 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509 nəfər vəfat edib, aktiv xəstə sayı 1 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 361, ötən müddət ərzində isə ümumilikdə 843 269 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm