Səhiyyə
Bu rayonda koronavirusa yoluxma sıfıra düşdü
Son 3 gün ərzində Cəlilabad rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.
Bu barədə rayonun tibb müəssisəsindən məlumat daxil olub.
Qeyd olunub ki, avqustun 17, 18 və 19-da rayon ərazisində COVID-19-a yoluxma halının müəyyənləşdirilməsi üçün götürülən test analizlərinin nəticəsi neqativ çıxıb və bununla da, rayonda yoluxma halı aşkar edilməyib.
Qeyd edək ki, Cəlilabad daha əvvəl koronavirusa kütləvi yoluxma hallarının qeydə alındığı ərazilərdən biri olub. Bir müddət əvvəl rayonun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub. Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib. Bundan sonra koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərdə polis nəzarəti gücləndirilib. Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işləri aparılıb. Xatırladaq ki, Cəlilabad şəhəri sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonların sırasındadır.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia