Azərbaycanda koronavirus pandemiyasının ən ağır keçdiyi dövr açıqlandı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirus pandemiyasının ən ağır keçdiyi dövr açıqlandı

Ölkəmizdə koronavirusa yoluxan xəstələrin ağırlaşması may ayında müşahidə olundu.

Publika.az xəbər verir ki, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, xəstəlik ağciyər çatışmazlığı ilə özünü biruzə verib: "Əsasən yanaşı xəstəliyi olan xəstələrdə - artıq çəkidən əziyyət çəkənlər, ürək, böyrək və sairə xəstəliyi olan şəxslərdə ağırlaşmalar müşahidə olundu və kəskin tənəffüs çatışmazlığı sindromu yarandı. Koronavirus yeni olduğu üçün, hələ məlumatların az olması səbəbilə immunitet sistemimiz bu virusa anormal cavab verir və virus orqanizmi zədələnməyə başlayır. Yolxuma zamanı ağciyərlərə hava daxil olur. Ağciyərlər iltihabi maye ilə dolur və oksigenin alışı, karbonun verilməsi prosesi dayanır. Orqanizm oksigeni ala bilmədiyi üçün, digər orqanlarda zədələnmə baş verir. Dünyada daha çox ağciyər çatışmazlığı səbəbindən koronavirus xəstələri dünyasını dəyişir və ölkəmizdə bu say 6 faiz təşkil edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm