TƏBİB məlumat yaydı: 179 nəfər reanimasiyadadır
Bizi izləyin

Səhiyyə

TƏBİB məlumat yaydı: 179 nəfər reanimasiyadadır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 22-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 557 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 868 345 test aparılıb. Onlardan 35 105-nin cavabı pozitiv çıxıb. İndiyədək 515 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 842 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 748 nəfərdir. 179 nəfər reanimasiyada, 24 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 184 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 160 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm