Azərbaycanda daha 803 nəfər koronavirusa yoluxdu
Bizi izləyin

Səhiyyə

Azərbaycanda daha 803 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 734 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 270 min 144 test aparılıb. Bugünkü test sayı isə 9 951-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm