Azərbaycanda koronavirusa REKORD SAYDA YOLUXMA - 12 nəfər öldü
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa REKORD SAYDA YOLUXMA - 12 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 55 min 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 43 min 543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 996 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 352 min 907 test aparılıb. Bugünkü test sayı isə 11 441-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm