ÜST-dən pandemiyanın kritik mərhələsi barədə XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

ÜST-dən pandemiyanın kritik mərhələsi barədə XƏBƏRDARLIQ

Dünyada yaxın bir neçə ayda koronavirus yoluxmalarının artması ilə bağlı vəziyyəti Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç şərh edib.

Publika.az “kp.ru”ya istinadən xəbər verir ki, ekspert xüsusilə Şimal yarımkürəsində pandemiyanın kritik mərhələdə olduğunu bildirib.

ÜST rəsmisi infeksiyaların sayının artmağa davam etdiyini, COVID-19-dan ölüm statistikasının isə nisbətən sabit qaldığını söyləyib. Bununla birlikdə, Melita Vuynoviç əlavə edib ki, koronavirus peyvəndi və dərman preparatları pandemiyanı yalnız bir neçə şərtlə dayandırmağa müvəffəq ola bilər:

“Bu həyat qurtaran vasitələr yalnız həssas insanlar üçün bərabər səviyyədə və eyni zamanda bütün ölkələrdə mövcud olduqda həqiqətən təsirli olacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm