Azərbaycanda koronavirusa REKORD SAYDA YOLUXMA, 14 nəfər öldü
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa REKORD SAYDA YOLUXMA, 14 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 60 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 46 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13 614 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 290, ötən müddət ərzində isə ümumilikdə 1 404 543 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm