Koronavirus əleyhinə ilkin peyvənd HAZIRLANDI
Bizi izləyin

Səhiyyə

Koronavirus əleyhinə ilkin peyvənd HAZIRLANDI

Koronavirusun qarşısını almaq üçün ilkin peyvənd "Pfizer" və "BioNTech" şirkətləri tərəfindən hazırlanıb.

Publika.az xəbər verir ki, peyvəndin xəstəliyə qarşı 90 faizdən çox təsirli olduğu açıqlanıb.

Sözügedən peyvənd 6 ölkədə 43 min nəfər üzərində sınaqdan keçirilib və təhlükəsizliklə bağlı heç bir problem yaranmayıb.

Şirkətlər peyvəndin istifadəsi ilə bağlı ayın sonuna qədər təcili təsdiq üçün müraciət edəcək.

Peyvənd üç həftə fasilə ilə iki dozada tətbiq olunaraq bu ilin sonuna qədər 50 milyon doza, 2021-ci ilin sonuna qədər isə 1,3 milyard doza vaksini bazara çıxarmağı planlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm