Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 24 nəfər öldü
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 24 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3196 yeni yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 93 094 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 841 nəfər müalicə olunaraq sağalıb, 1131 nəfər vəfat edib, aktiv xəstələrin sayı 28 122 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 175, ötən müddət ərzində isə ümumilikdə 1 607 455 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm