• USD 1,7000 0,00% EUR 2,0652 +0,01%
    • GBP 2,3259 +0,29% RUB 0,0232 +0,86%

Azərbaycanda son sutkada minlərlə şəxs koronavirusa yoluxdu - XEYLİ SAYDA ÖLƏN VAR

  • Səhiyyə
  • 25 Noyabr 2020 18:29
  • 1 439 Baxış
Azərbaycanda son sutkada minlərlə şəxs koronavirusa yoluxdu - XEYLİ SAYDA ÖLƏN VAR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 469 yeni yoluxma faktı qeydə alınıb, 1 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR