Qəsdən koronavirusa yoluxmanın təhlükələri AÇIQLANDI
Bizi izləyin

Səhiyyə

Qəsdən koronavirusa yoluxmanın təhlükələri AÇIQLANDI

Xəstəliyə qarşı anticism yaranması üçün qəsdən koronavirusa yoluxmanın öz təhlükələri var.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə biotəhlükəsizlik üzrə rusiyalı ekspert Nikolay Durmanov xəbərdarlıq edib.

Durmanov qəsdən yoluxma fikrinin təxminən 300-350 il əvvəl - çiçək xəstəliyinin geniş yayıldığı və xəstəlik üçün peyvənd olmadığı zaman ortaya çıxdığını qeyd edib.

“Bəli, doğrudan da, qəsdən çiçək xəstəliyinə tutulan insanlar təsadüfən tutulanlardan daha gec həyatla vidalaşırdılar. Təsadüfi yoluxma zamanı 34 faiz pasiyent ölürdüsə, qəsdən yoluxmada bu göstərici üç faiz olub”, - deyə o bildirib.

Bununla belə, ekspert hesab edir ki, bilərəkdən koronavirusa yoluxmaq istəyənlərin xəstəliyi necə keçirəcəyini proqnozlaşdırmaq çətindir. O, xəstəliyin ağır keçəcəyi ilə bağlı risk olduğunu bildirib.

“Bu riskin bəraəti varmı? Xeyr. Bəlkə vaksini gözləmək daha yaxşı olar?!” - deyə o bildirib.

Durmanov nəticənin insanın immunoloji vəziyyətindən və genetik profilindən, həmçinin bir sıra başqa səbəblərdən asılı olacağını vurğulayıb.

“Bu kompleks sualların cavabını bilmədən elə yoluxmaq olar ki, sonra xəstəxanada yatmalı olarsan və ya daha pis nəticələrlə üzləşərsən”, - deyə Nikolay Durmanov sözlərini yekunlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm