• USD 1,7000 0,00% EUR 2,0695 0,00%
    • GBP 2,3318 0,00% RUB 0,0230 0,00%

Baş nazirdən tibbi xidmətlərlə bağlı MÜHÜM QƏRAR

  • Səhiyyə
  • 2 Dekabr 2020 20:12
  • 1 089 Baxış
Baş nazirdən tibbi xidmətlərlə bağlı MÜHÜM QƏRAR

Nazirlər Kabineti “Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nı təsdiq edib.

Publika.az xəbər, tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası “Tibbi sığorta haqqında” qanuna əsasən hazırlanıb və tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarlarını və qaydasını müəyyən edir.

Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi meyarları aşağıdakılardır:

-rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

-rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhali arasında əlillik faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

-rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

-tibbi xidmətlərin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin tibbi xidmətlərə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;

-müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu;

-müayinə və ya müalicə üsullarının iqtisadi səmərəliliyi;

-tibbi xidmətlərin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən göstərilməsi.

Tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:

-müayinə və ya müalicə üsullarının tibbi və iqtisadi səmərəsizliyi;

-xəstəliklərin müayinəsində və müalicəsində yeni və səmərəli üsulların tətbiqi.

Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması qaydası müəyyən edilib.

-İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu Qaydada qeyd olunan meyarlara uyğunluğu baxımından tibbi xidmətlər 5 (beş) ildə bir dəfədən az olmayaraq təhlil olunur və əsaslandırılmış təklif təqdim olunması barədə qərar verilir.

-Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR