Polis 18 koronavirus xəstəsini saxladı - 5-i xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Səhiyyə

Polis 18 koronavirus xəstəsini saxladı - 5-i xəstəxanaya yerləşdirildi

Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi daxili işlər orqanları tərəfindən nəzərətdə saxlanılır.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 4-də respublika ərazisində epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb. Onlardan 13-ü evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. 9 nəfər barəsində CM-nin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırırıq ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm