Azərbaycanda 4 219 nəfər koronavirusa yoluxdu, 38 nəfər öldü
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 4 219 nəfər koronavirusa yoluxdu, 38 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 219 yeni yoluxma faktı qeydə alınıb, 3 562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib

ndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, bu günə qədər isə ümumilikdə 1 902 584 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm