• USD 1,7000 0,00% EUR 2,0332 +0,58%
    • GBP 2,3412 +0,28% RUB 0,0224 +1,79%

Koronavirusdan sağalanlar yenidən COVID-19-a yoluxa bilər? - AÇIQLAMA

  • Səhiyyə
  • 11 Dekabr 2020 09:18
  • 1 112 Baxış
Koronavirusdan sağalanlar yenidən COVID-19-a yoluxa bilər? - AÇIQLAMA

TƏBİB koronavirusa yoluxan insanların yenidən COVID-ə yoluxmasının mümkünlüyü barədə açıqlama verib.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib ki, şəxsin ikinci dəfə koronavirusa yoluxduğunu təsdiqlətmək üçün sübutların olması lazımdır: “Müəyyən etmək lazımdır ki, bu adam həqiqətən daha əvvəl xəstələnib, qanında müəyyən anticisimlər əmələ gəlib, ya yox. Həmin adam ikinci dəfə test verdikdə pozitivlik aşkarlanarsa, onun ilk yoluxma zamanında olan simptomları, qanındakı qoruyuculuq araşdırıldıqdan sonra bunu təkrar yoluxma faktı kimi təsdiq edə bilərik”.

Dünyada təkrar yoluxma hallarının mövcud olduğunu deyən N.Mustafayeva qeyd edib ki, dünyada 60 milyondan çox insan koronavirusa yoluxub. Onların arasından bir neçə nəfərin virusa yoluxması təhlükəli hal deyil:

“Biz hazırda əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələlik mümkün deyil. 60 milyon yoluxmanın qarşılığında ikinci dəfə baş verən yoluxma rəqəmi elə olmalıdır ki, biz deyə bilək ki, təkrar yoluxma mümkündür”. (trend)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR