Bakıda daha 2 həkim koronavirusdan öldü - FOTO
Bizi izləyin

Səhiyyə

Bakıda daha 2 həkim koronavirusdan öldü - FOTO

Koronavirusla mübarizədə iştirak edən daha iki həkim virusun qurbanı olub.

Publika.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: "Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər.

Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm