Harmancıdan XƏBƏRDARLIQ: səhiyyə sistemimiz çökə bilər
Bizi izləyin

Səhiyyə

Harmancıdan XƏBƏRDARLIQ: səhiyyə sistemimiz çökə bilər

"Özümüzə diqqət etməsək, səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ən birinci vaistə qorunmaqdır və gigyenik qaydalara əməl edilməsidir.

"Bilirsiz ki, Azərbaycanda koronavirus artır. Hər kəsin olduqca diqqət etməlidir. Artım bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından çıxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkər. Hər kəsin özünü qoruması lazmdır. Xüsusən, qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür, son 10 gündə yolxuma sayında kiçik də olsa, azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək", - H.Harmancı qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm