Koronavirusa yoluxanların sayı 75 milyonu keçdi
Bizi izləyin

Səhiyyə

Koronavirusa yoluxanların sayı 75 milyonu keçdi

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 75 milyon nəfəri ötüb.

Publika.az xəbər verir ki, bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 75 milyon 84 min 964 nəfərə çatıb. Onlardan 1 milyon 665 min 8 nəfəri ölüb, 42 milyon 464 min 23 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm