• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

Azərbaycanda koronavirusa yoluxmada pik vəziyyətdən sonra azalma var - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxmada pik vəziyyətdən sonra azalma var - RƏSMİ

“Bir neçə gün öncəyə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mindən çox idi. Bu tendensiya bir-iki həftə davam etdi. Sanki bu, həmin dediyimiz pik vəziyyət idi. İndi pik vəziyyətdən sonra getdikcə azalmalar müşahidə edilir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov “Real TV”yə açıqlamasında deyib.

“Burada sözsüz ki, görülmüş əks-epidemik tədbirlərin böyük əhəmiyyəti var. İnsanların da tələb olunan qayda-qanunlara riayət etməsi, müəyyən qadağaların tətbiq olunması, müxtəlif müəssisələrin bağlanması, iş rejiminin məhdudlaşdırılması və s. kompleks tədbirlər nəticəsində hər gün yoluxma sayında azalmalar, bəzən isə kəskin azalmalar müşahidə edilir”, - o bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR