Səhiyyə
Azərbaycana 4 milyon doza vaksin gətiriləcək - Komitə sədri
Düşünürəm ki, koronavirusla mübarizə artıq özünün sonuncu mərhələsinə qədəmə qoyub.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, vaksinasiya prosesi dünyanın qabaqcıl ölkələrində artıq başlayıb:
“Azərbaycan da bu proseslərdə öndə gedən ölkələrdən biridir, vaksinlərin alınıb gətirilməsi ilə bağlı bütün danışıqlar müsbət nəticələnib və mənim bildiyimə görə, yanvar ayının sonlarına doğru Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq.
Hesab edirəm ki, ilk növbədə bütün dünyada olduğu kimi ilk növbədə risk qrupuna daxil olan insanlar vaksinasiya olunmağa başlayacaq və vaksinlar əhaliyə dövlət hesabına vurulacaq. Vaksinasiya üçün hazırlıq işləri görülüb, personalın bu istiqamətdə məlumatlandırılması barədə işlər görülür. Düşünürəm ki, Azərbaycanda vaksinasiya qısa müddət ərzində tam keyfiyyətlə aparılacaq və qısa müddətdə biz koronavirusa tarixi keçmiş kimi baxacağıq”. (trend)
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”