Azərbaycanın bu şəhərində peyvənd otaqları yaradıldı - FOTO
Bizi izləyin

Səhiyyə

Azərbaycanın bu şəhərində peyvənd otaqları yaradıldı - FOTO

Ölkənin ikinci böyük şəhərində yerləşən iki tibb müəssisəsində peyvəndləmə üçün xüsusi otaqlar yaradılıb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Şəhər Abbas Səhət adına 1 saylı və 2 saylı poliklinakalarında vətəndaşların peyvənd olunması prossesi həyata keçiriləcək.

Hər iki tibb müəssisəsinin hər birində 5 otaq olmaqla, ümumilikdə 10 otaqlar hazırlanıb. Peyvənd prossesinin təşkili ilə bağlı bütün lazımi tədbirlər görülüb.

Peyvəndləmədən sonra halı pisləşə və ya allergik reaksiya verə biləcək xəstələr üçün də xüsusi otaq yaradılıb. Söhbət təcili yardım otaqlarından gedir. Təcili tibbi yardıma ehtiyac duyacaq vətəndaşlar üçün yardım vaistələri sırasında şok əleyhinə dərmanlar da var. Bu otaqlarda gün ərzində 100 xəstənin peyvənd edilməsi mümkündür.

Peyvəndləmə tədbirləri tək dövlət müəssisələrində həyata keçirilməyəcək. İlkin məlumata görə özəl tibb ocaqlarında da xüsusi peyvənd otaqları yaradılcaq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm