Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlayır - İlk olaraq ONLARA vaksin vurulacaq
Bizi izləyin

Səhiyyə

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlayır - İlk olaraq ONLARA vaksin vurulacaq

Azərbaycanda vaksinasiyanı 18 yanvardan başlamağa qərar verilib.

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərargahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, yanvarın 18-dən tibb işçilərinin, fevralın 1-dən isə 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, ilk olaraq əhalinin risk qrupları, növbəti mərhələdə isə digər qruplar vaksinasiya olunacaq. Vaksinasiya könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələli, ədalətlilik, məsuliyyət və əməkdaşlıq prinsipləri ilə aparılacaq.

O qeyd edib ki, vaksin strategiyasının hədəf qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupları: "Tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərdir. Strategiyanın icrasının gedişi barədə Səhiyyə Nazirliyi mütəmadi olaraq Nazirlər Kabinetinə məlumat verəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm