• USD 1,7000 0,00% EUR 2,0440 -0,45%
    • GBP 2,3606 -0,61% RUB 0,0229 0,00%

Bu şəxslərə peyvənd vurulmayacaq - Baş həkim AÇIQLADI

  • Səhiyyə
  • 18 Yanvar 2021 14:30
  • 2 555 Baxış
Bu şəxslərə peyvənd vurulmayacaq - Baş həkim AÇIQLADI

Poliklinikamızda 141 nəfər tibb işçisi var. İşçilərimiz arasında bu günə qədər 20 nəfər koronavirusa yoluxub. Virusa yoluxanlarda infeksiya əleyhinə antitellər formalaşdığı üçün onların vaksinasiyasına ehtiyac yoxdur. 110 nəfər tibb işçisinin vaksinasiyası həyata keçiriləcək.

Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin 2 saylı şəhər poliklinikasının baş həkimi Sevda Aslanova deyib. O bildirib ki, bu gün özü də koronavirusa qarşı peyvənd olunub: "Bu vaksin vacibdir və ən əsası odur ki, zərərsizdir. Həkimlərimizin bir neçəsinə vaksin vurulub. Heç kimdə əks-effekt olmayıb, proses davam edir".

S.Aslanova deyib ki, tibb işçiləri arasında təxminən 10 nəfər yaşı 65-dən yuxarı olan şəxslər var: "Vaksinasiya 21 gün fərqlə iki dəfə vurulacaq. Bununla da vaksinasiya prosesi yekunlaşmış hesab olunacaq".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR