Həkim-infeksionist: “İnsanlarımız bilməlidir ki, vaksin olunan şəxs...”
Bizi izləyin

Səhiyyə

Həkim-infeksionist: “İnsanlarımız bilməlidir ki, vaksin olunan şəxs...”

“Ölkəmizə gətirilən bu vaksinlər artıq sınaqdan keçirilib. Heç bir əlavə və yan təsirləri üzə çıxmayıb. Ona görə də insanlarımız bilmləlidirlər ki, vaksinasiya olunmaq ancaq onların sağlamlığının qorunmasına hesablanıb. Yəni, özləri gəlib könüllü şəkildə vaksinasiya olunmalıdırlar”.

Bunu Publika.az-a açıqlamasında həkim-infeksionist Əminə İsmixanova koronavirus əleyhinə ölkəmizə gətirilən vaksinlərlə bağlı danışarkən deyib.

Həkim-infeksionistin sözlərinə görə, sınaqdan çıxan vaksinlərin heç bir fəsadı görünməyib: “Onu da bildirməliyəm ki, 91, 25 faizdən 97 faizə qədər bu vaksinlər təhlükəsizdir, qoruma faktorlu vaksinlərdir. İnsanlarımız bilməlidir ki, vaksin olunan şəxs koronavirusa tutulmayacaq. İlk növbədə həkimlər vaksinasiyadan keçirlər. Ona görə ki, həkimlər xəstələrlə daha çox əlaqədə olurlar. Çünki ki, həkim də virusa yoluxa və bilmədən başqalarına da yaya bilərlər. Ona görə birinci həkimlər vaksinasiya olunurlar. Həkimlər həm də onu göstərirlər ki, biz vaksinasiya olunuruqsa, deməli, əminik. Məhz bunun özü bir çağırışdır və sadə insanlara demək istəyirəm ki, gəlib vaksinasiyadan keçsinlər. Burada qorxulu heç nə yoxdur. Hər kəs ilk növbədə özü sağlamlığının qeydinə qalmalıdır. Eyni zamanda, biz də maarifləndirici xarakterli söhbətlər aparırıq”.

Qeyd edək ki, yanvarın 18-də Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya start verilib. İlk növbədə tibb işçiləri vaksinasiya olunacaqlar.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm