Azərbaycanda aparılan koronavirus testlərinin sayı açıqlandı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda aparılan koronavirus testlərinin sayı açıqlandı

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, ölkədə son sutka ərzində 6 144, hazırkı dövrədək isə 2 347 951 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 228 526 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6 443 nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm